Mybrary.info
mybrary.info » Книги » Поэзия и драматургия » Поэзия » Sonetlər - Şekspir Vilyam (читать книги онлайн регистрации txt) 📗

Sonetlər - Şekspir Vilyam (читать книги онлайн регистрации txt) 📗

Тут можно читать бесплатно Sonetlər - Şekspir Vilyam (читать книги онлайн регистрации txt) 📗. Жанр: Поэзия. Так же Вы можете читать полную версию (весь текст) онлайн без регистрации и SMS на сайте mybrary.info (MYBRARY) или прочесть краткое содержание, предисловие (аннотацию), описание и ознакомиться с отзывами (комментариями) о произведении.
Перейти на страницу:

148

Eşqim gözlərimi dəyişib, nədir?

Həqiqəti yalan göstərir onlar.

Yoxsa ağlım məni tərk etməkdədir,

Çıxarır səhv qərar, verir səhv qərar.

Gördüyüm gözəlsə, nədir şübhələr,

Niyə inanan yox bəs məndən qeyri?

Həyat könül açan deyilsə əgər,

Demək, yanlış görür eşqin gözləri.

Axı, necə görüm mən düzü düz tək.

Göz yaşı gözümü tutmuş, bağlamış.

Hiyləgər məhəbbət, aydındır kələk,

Günəş də tutulur yağanda yağış.

Mənə tökdürdüyün göz yaşıyla

Sən çirkin əməlini pərdələyirsən.

149

İnsafsız, eşqimə edirsən şübhə,

Təkcə xətrin üçün, şahiddir hamı,

Unudub özümü, səninlə birgə

Mən özümə qarşı vuruşmurammı?

Nə vaxt dost sanmışam sənin yağını,

Nə vaxt həmdəminə olmuşam düşmən?

Hərdən tökən zaman qaş-qabağını

Suçlu tək önündə durmurammı mən?

Sehrkar gözlərin — mənim kralım,

Hökmünə baş əymək şan-şöhrətimdir.

Gərək mən əyilim, gərək alçalım,

Hanı ləyaqətim, şax dayanım bir?

Aydındır, sevirsən gözlüləri sən,

Mən koram, bunun üçün nifrət edirsən

150

Bu qədər qüvvəti haradan alıbsan?

Könlümə hökm edir sendəki qüsur.

Yalan danışıram gözümə, yalan,

And içib deyirəm: Günəş nursuzdur.

Çirkin əməlində cazibəyə bax,

Sehrlə saflığı salıbdır tora.

Haqdan, həqiqətdən uzaqdır, uzaq,

Pisliyi güc gəlir yaxşılıqlara.

Artdıqca nöqsanın, eybin günbəgün,

Köksümdə daha çox odlanır ürək.

Nifrətə layiqi sevdiyim üçün

Mənə kin bəsləmə başqaları tək.

Dəyərsiz bir kəsi sevirəm deyə,

Daha çox haqqım var mənim sevgiyə.

151

Ağıl məhəbbətdən yaranır, fəqət

Məhəbbət dərk etmir ağlın sözünü.

Açma qüsurumu, ey gözəl afət,

Günahkar edərsən özün özünü.

Sən məni ataraq etdin pərişan,

Axır sövq elədin bu xəyanətə.

Ruhum bədənimi çıxardı yoldan,

Qurşandım ən çılğın eyşə-işrətə.

Adın çəkiləndə, can atıram mən

Baxım zəhmətimin gözəl bənna.

Yazıq bir qul kimi durub yenidən

İstəyirəm düşüm ayaqlarına.

Sevən gah alçalar, gah da yüksələr,

Ağıl məhəbbətə neyləyə bilər?!

152

Bilirəm, eşqimdə günahkaram mən,

Ancaq günahkarsan sən də ikiqat:

Ərinə xəyanət eyləməklə sən

Əhdini, vədini pozmusan, heyhat!

Dinib danışmağa, de, haqqım varmı?

Pozdum öz andımı iyirmi dəfə.

İtirdim yanında etibarımı,

Peymanım, ilqarım döndü hədəfə.

And içib, eşqini bənzətdim gülə,

Əhdinə saf dedim, vədinə düzgün.

Kor etdim gözümü öz əllərimlə

Sənin günahını görməmək üçün.

And içib söylədim: — Safsan, təmizsən,

Düzlüyü yalanla ləkələdim mən.

153

Eşqin məşəlini yanına qoyub,

Kupidon' uzanıb getdi yuxuya.

Bir pəri gördü ki, tanrı uyuyub,

Məşəli tulladı buz kimi suya.

Alov keçən kimi su vurdu fantan:

Çoxaldı, köpürdü, qızdı bir anda.

Xəstələr çimməyə gəldi hər yandan,

Bir ağrı, bir illət qalmadı canda.

Yarının gözündən od alıb o gün

Kupidon məşəli yandırdı yenə.

Od vurdu qəlbimə təcrübə üçün,

O suyun bir xeyri olmadı mənə.

Yanan ürəyimə bir çarə ancaq

Yanan gözündəki atəş olacaq.

154

Eşqin məşəlini qoyub yanına

Bir gün eşq Allahı yenə yatırdı.

Bu vaxt ilahələr gəldi yan-yana,

Saflıq könül alıb, kədər satırdı.

Allaha yavaşca yanaşıb bu an

Onlardan birisi məşəli aldı,

Təmiz ürəkləri yandırıb-yaxan

Bu odu aparıb tez suya saldı.

Su qızdı, məlhəmə döndü büsbütün,

Çimib şəfa tapdı hər cür xəstələr.

Eşqin atəşindən qurtarmaq üçün

O nur qaynağında, yuyundum hədər.

Suda hünər hanı eşqi soyuda,

Eşq odu yandırır soyuq suyu da.

ŞEKSPİR DÜHASININ POETİK TƏSDİQİ

Tanınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti onun dramaturgiyası, xüsusilə də aciələri gətirmişdir. Lakin poeziyası ilə tanışlıq belə bir fikri əsaslandırır ki, ümumilikdə 37 pyes (faciə, komediya və tarixi-xronoloji janrlarda) yazmış Şekspir dramaturq olmasaydı da, bir şair kimi ədəbiyyat tarixində qalacaqdı.

Sonet janrının XIV əsrin əvvəllərində İtaliyada yarandığı Azərbaycan oxucusuna yaxşı məlumdur.

Sonralar bu janr bütün Qərbi Avropa ölkələrinə yayılmışdır. Sonet janrına qədər Avropa ölkələrində adətən iri həcmli olan ballada janrı geniş yayılmışdı. Cemi on dörd misralıq poetik nümunə olan sonetin bu və ya digər fikrə çevik münasibəti şairləri özünə cəlb edirdi ki, V. Şekspir də həmin cazibədən kənarda qala bilməmişdir.

Ümumən Şekspir 154 sonet yazmışdır (bəlkə də ədəbiyyata məlum olanlar bu qədərdir). Əgər sonetlərin öz müəllifinin ilkin qələm təcrübəsi olduğunu, başqa sözlə desək, yaradıcılığının ilkin mərhələsində qələmə alındığını nəzərə alsaq, Şekspir dühasının möhtəşəmliyi haqqında bir o qədər obyektiv qiymətləndirmə apara bilərik. Qətiyyətlə demək olar ki, Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Cümlədəki son söz daha çox sonetlərdə qaldırılan və cavabları axtarılan problemlərə aiddir.

Hər bir soneti oxuyan və bu günümüzün problemləri ilə müqayisələr aparan hər kəs, əminəm ki, hamı eyni nəticəyə gələcəkdir — heç kim inanmaq istəməyəcəkdir ki, bu sətirlər təxminən dörd yüz il əvvəl (!) qələmə alınmışdır. Şekspir poeziyasının həmişəyaşar xarakteri də məhz buradan qaynaqlanır.

Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət… sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur (təkcə 126-cı sonet on iki misradan ibarətdir və bu qəribəliyi anlamayan şekspirşünaslar daha çox həmin sonetin iki misrasının itdiyini güman edirlər). Şekspir cəmiyyətdəki neqativ halları, onun yaratdığı pəstahları görürdü. İnsanlar pisliklərə, eybəcərliklərə zorla tab gətirirdilər. Bu problem sonetlərin bir qismindən ana xətt kimi keçir, lakin sonetlərin ən dəyərlisi hesab olunan 66-cı sonet bu problemi bütün ağırlığı və qoyur. Ölüm arzulayan lirik qəhrəman onu bu arzuya tərəf sürükləyən bütün pislikləri sadalayır (qaranlıq işığı pəncəsində boğur, rəzalət bəxtiyarlığa yetişir, şərəfsizlik şərəfi dustaq etmişdir, saflıq dərd içində çapalayır, kütlük ağıla, yalan isə düzlüyə gülür, ilhamın ağzı yumruqla tıxanmışdır, mənlik və ləyaqət əl açıb dilənir və s.). Məgər insan bu qədər pisliyə, ifrat eybəcərliyə tab gətirə bilərmi?!

Перейти на страницу:

Şekspir Vilyam читать все книги автора по порядку

Şekspir Vilyam - все книги автора в одном месте читать по порядку полные версии на сайте онлайн библиотеки mybrary.info.


Sonetlər отзывы

Отзывы читателей о книге Sonetlər, автор: Şekspir Vilyam. Читайте комментарии и мнения людей о произведении.


Уважаемые читатели и просто посетители нашей библиотеки! Просим Вас придерживаться определенных правил при комментировании литературных произведений.

  • 1. Просьба отказаться от дискриминационных высказываний. Мы защищаем право наших читателей свободно выражать свою точку зрения. Вместе с тем мы не терпим агрессии. На сайте запрещено оставлять комментарий, который содержит унизительные высказывания или призывы к насилию по отношению к отдельным лицам или группам людей на основании их расы, этнического происхождения, вероисповедания, недееспособности, пола, возраста, статуса ветерана, касты или сексуальной ориентации.
  • 2. Просьба отказаться от оскорблений, угроз и запугиваний.
  • 3. Просьба отказаться от нецензурной лексики.
  • 4. Просьба вести себя максимально корректно как по отношению к авторам, так и по отношению к другим читателям и их комментариям.

Надеемся на Ваше понимание и благоразумие. С уважением, администратор mybrary.info.


Прокомментировать
Подтвердите что вы не робот:*